CƏMİYYƏT
Rusiya Hökumətinin kvotası üzrə təhsil almaq məqsədilə müraciət edənlər üçün məsləhətləşmələr keçirilib







Bakı, 22 sentyabr, AZƏRTAC
Bakıdakı Rus Evində Rusiya Federasiyası Hökumətinin kvotası üzrə təhsil almaq məqsədilə müraciət edənlər üçün əyani məsləhətləşmələr təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov namizədlərin ərizələrinin qeydiyyatının 2023-cü il noyabrın 1-nə kimi davam edəcəyini vurğulayıb.
Məsləhətləşmələrdə namizədlər education-in-russia.com sistemində sənədin doldurulması üçün məcburi qaydalar və onlayn ərizəyə əlavə edilməli olan sənədlərə qarşı tələblər haqqında məlumat alıblar. Həmçinin Bakıdakı Rus Evinin əməkdaşları seçimin birinci mərhələsində sınaqlardan və Rusiya Təhsil və Elm Nazirliyinin saytında keçirilən ikinci seçim mərhələsinin xüsusiyyətlərindən danışıblar.
Sonra abituriyentlərin sualları cavablandırılıb.