Rusiya iyulun 15-dən bir sıra xarici ölkələrə aviauçuşları bərpa edə bilər
Moskva, 7 iyun, AZƏRTAC
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) iyulun 15-dən bir sıra xarici ölkələrə uçuşları bərpa edə bilər.
AZƏRTAC xəbər verir ki, agentlik iyulun 15-dən ölkənin bir neçə regionundan dünyanın 15 ölkəsinə beynəlxalq uçuşları bərpa etməyi planlaşdırır. Biznes aviasiya üçün isə bütün ölkələrə uçuşlar bərpa ediləcək.
Qeyd edək ki, bu il martın 27-dən Rusiya koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq aviauçuşları tamamilə dayandırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]