Rusiya nümayəndə heyəti Cenevrəyə gəlib
Moskva, 17 fevral, AZƏRTAC
Rusiya nümayəndə heyəti Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak etmək üçün Cenevrəyə gəlib.
AZƏRTAC xəbər verir ki, danışıqlar qrupuna Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Moskvadan uçuş təxminən doqquz saat çəkib və təyyarə Rusiyanın dost olmayan ölkələri yan keçərək İtaliya hava məkanından istifadə etməklə birbaşa İsveçrə hava məkanına daxil olub.
Ukrayna böhranının həlli ilə bağlı məsləhətləşmələr 17-18 fevral tarixlərində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş formatında keçiriləcək. Təxminən 20 nəfərdən ibarət Rusiya nümayəndə heyəti nizamlama üçün əsas parametrləri, eləcə də Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]