Rusiya Prezidenti əhalinin koronavirusa qarşı kütləvi peyvənd olunmasının tərəfdarıdır
Moskva, 17 dekabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı peyvənd olunmayıb.
AZƏRTAC xəbər verir ki, Prezident Vladimir Putin illik mətbuat konfransında bu barədə danışıb. Prezident qeyd edib ki, onun daxil olduğu yaş qrupuna aid insanlar üçün peyvənd preparatı hələlik yoxdur. Belə preparat hazır olan kimi, o da koronavirusa qarşı peyvənd olunacaq.
Hazırda Rusiyada yalnız 18-60 yaş qrupuna aid adamlar peyvənd edilir. Rusiya Prezidentinin 68 yaşı var.
Eyni zamanda, V.Putin əhalinin kütləvi peyvənd edilməsinin tərəfdarı olduğunu bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]