Rusiya Prezidenti: Rəcəb Tayyib Ərdoğan – sözünün üstündə duran insandır
Moskva, 17 dekabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - sözünün üstündə duran insandır. Əgər o fikirləşirsə ki, bu, onun ölkəsi üçün sərfəlidir, o halda işin sonunadək gedəcək.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Moskvada bu gün təşkil olunan mətbuat konfransında bəyan edib.
O qeyd edib ki, bəzi hallarda Türkiyə Prezidenti ilə ayrı-ayrı məsələlərdə baxışları ziddiyyət təşkil edir. Rusiya Prezidenti deyib: “Bizim baxışlarımız bəzi hallarda ziddiyyət təşkil edə bilər. O, sözünün üstündə duran insandır. Əgər o fikirləşirsə ki, bu, onun ölkəsi üçün sərfəlidir, o halda işin sonunadək gedə bilər. Bu, qarşındakı insanın kim olmasını başa düşmək üçün çox mühümdür”.
V.Putin qeyd edib ki, siyasətdə rahat, xoş tərəfdaşlar anlayışı yoxdur. Rusiya dövlətinin başçısı vurğulayıb: “Onların hamısı ölkələrinin qarşısında duran məsələlərin həllinə tuşlanıblar. Milli maraqlar mövcuddur. Haradasa kompromisə getmək, haradasa təkidlə öz mövqeyimiz üzərində dayanmaq lazım gəlir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]