Rusiya rəsmi heyəti Türkiyəyə səfər edəcək
Ankara, 13 iyun, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident Vladimir Putin arasında iyunun 10-da keçirilən telefon danışığında əldə edilən razılaşmaya əsasən, Rusiya rəsmi heyəti iyunun 14-də Türkiyəyə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, heyətə nazirlər Sergey Şoyqu və Sergey Lavrov olmaqla rəsmi şəxslər daxildir. Bildirilir ki, səfər zamanı iki ölkəni təmsil edəcək heyətlər ikitərəfli münasibətlər və regional məsələləri müzakirə edəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]