Rusiya rəsmisi: Beynəlxalq aviasiya əlaqələri bütün tərəflər uçuşlara hazır olduqda bərpa edilə bilər
Moskva, 17 iyun, AZƏRTAC
Beynəlxalq aviasiya əlaqələri müxtəlif aviasiya konvensiyalarının iştirakçıları eyni vaxtda uçuşları bərpa etməyə hazır olduqda bərpa edilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin təbiəti mühafizə, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov jurnalistlərə deyib. O vurğulayıb ki, müxtəlif aviasiya alyanslarının üzvü olan bütün ölkələr uçuşları bərpa etmək barədə razılığa gəlməlidir. Əgər bir və ya iki ölkə belə imtina edərsə, müntəzəm uçuşlardan söhbət gedə bilməz.
S.İvanovun sözlərinə görə, MDB-nin bütün ölkələri razılığa gəlsələr, bu istiqamətlərdə uçuşları bərpa etmək mümkündür. Eyni zamanda, epidemioloji təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmasının vacibliyini vurğulayan Rusiya rəsmisi deyib ki, yoluxma sayının azalmaya doğru gedən ölkələrin uçuşları bərpa etmək şansı daha çoxdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]