Rusiya sülhməramlılarına məxsus daha dörd avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb
Şuşa, 31 dekabr, Səlim Rəhimzadə, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus daha üç minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkəti təmin olunub.
AZƏRTAC xəbər verir ki, Laçın-Xankəndi yolunun Şuşa şəhərindən keçən hissəsində azərbaycanlı ekofəalların və könüllülərin keçirdikləri dinc aksiya hərəkətə heç bir maneə törətməyib. Bu, bir daha yolun açıq olduğunu və humanitar məqsədlər üçün istifadə edildiyini göstərir.
Qeyd edək ki, daha bir minik avtomobili isə Laçından Xankəndi istiqamətinə hərəkət edib.