Rusiya və Fransa prezidentləri Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər
Moskva, 21 dekabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, iki ölkənin liderləri Avropa qitəsində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi də aparılıb. Regionda vəziyyətin sabitləşməsi və dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub. Qeyd edilib ki, Rusiya və Fransa bu məsələlərin həlli üzrə hazırda və gələcəkdə sinxron hərəkət etmək niyyətindədirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]