Rusiyada kanalizasiya təmizləmə qurğularında baş vermiş qəza nəticəsində 10 nəfər həlak olub
Moskva, 21 may, AZƏRTAC
Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində kanalizasiya sistemi kollektorunda təmizləmə işləri zamanı baş vermiş qəza 10 nəfərin ölümü ilə nəticələnib.
AZƏRTAC xəbər verir ki, şəhərin Dmitriadovka qəsəbəsində kanalizasiyanın təmizləmə qurğularında baş vermiş qəza nəticəsində xəsarət almış 8 nəfər də xəstəxanaya yerləşdirilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Qəzanın təmizləmə işləri zamanı metan qazının sızması nəticəsində baş verdiyi bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:56]
Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib
- 12.10.2026 [11:32]
Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır
- 12.10.2026 [11:30]
Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib
- 12.10.2026 [11:28]
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb
- 12.10.2026 [11:24]
Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?
- 12.10.2026 [11:07]