Rusiyada neft hasilatı son il yarım ərzində ən aşağı səviyyəyə enib
Bakı, 12 yanvar, AZƏRTAC
2025-ci ilin dekabr ayının nəticələrinə əsasən, Rusiyada neft hasilatı gündə 100 min bareldən çox azalaraq 9,326 milyon barelə enib.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə Rusiya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, bu nəticə son 18 ayın ən aşağı göstəricisidir və Rusiyanın OPEC+ kvotaları çərçivəsində gündəlik neft hasilatından 250 min barel azdır.
Agentlik qeyd edir ki, azalma Rusiyanın neft anbarlarına və neft emalı infrastrukturuna davamlı dron hücumları və neft ixracı satışlarında yaranan problemlər fonunda baş verir. ABŞ-ın xam neft ixracatçılarına qarşı sanksiyalarından sonra bəzi alıcılar Rusiyadan neft almaqdan imtina edirlər.
Qeyd edək ki, “Goldman Sachs” investisiya bankının son proqnozuna görə, 2026-cı ilin sonunadək Brent markalı xam neftin qiyməti 54 dollara, WTI markalı xam neftin qiyməti isə 50 dollaradək ucuzlaşacaq. Analitiklər hesab edirlər ki, Rusiya, Venesuela və ya İrandakı geosiyasi risklər ucuzlaşmanın qarşısını ala bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Xocavənd Şəhəri Günü qeyd olunur
- [14:45]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]