Rusiyada qocalar evində yanğının səbəbi sobanın düzgün işləməməsi olub
Bakı, 24 dekabr, AZƏRTAC
Rusiyanın Kemerovo şəhərində ikimərtəbəli fərdi binada yerləşən qocalar evində yanğının səbəbi sobanın düzgün işləməməsi olub. Bu barədə hüquq-mühafizə orqanları bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 13 nəfər həlak olub. Daha əvvəl 11 nəfərin həlak olduğu bildirilmişdi.
İkimərtəbəli fərdi yaşayış binası yaşlılar üçün uyğunlaşdırılıb. Bina soba ilə qızdırılıb. İlkin məlumata görə, yanğına səbəb sobanın düzgün işləməməsi olub.
Yanğın sahəsi 180 kvadratmetri əhatə edib. Hadisə ilə bağlı məlumatın Fövqəladə Hallar Nazirliyinə gec daxil olması yanğının genişlənməsinə şərait yaradıb. Binanın ikinci mərtəbəsi tamamilə yanıb. Orada 20 sakin olub.
Yanğın lokallaşdırılıb və söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]
Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
- 18.06.2026 [18:52]
Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub
- 18.06.2026 [18:46]