Rusiyada xarici işçilərin işdən çıxarılması üçün əsasların siyahısı genişləndirilib
Moskva, 18 noyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin xarici vətəndaşlarla əmək müqavilələrinin ləğv edilməsini nəzərdə tutan qanun imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənəd rəsmi hüquqi aktlar portalında dərc olunub və ona xarici işçilərin işdən çıxarılması üçün hüquqi əsaslar siyahısına xarici işçi qüvvəsinin cəlb edilməsinə dair regional məhdudiyyətlər daxildir. Düzəlişlərə əsasən, əgər işəgötürən Rusiya Federasiyasının subyektinin normativ aktlarına uyğun olaraq, xarici işçilərin sayını azaltmalıdırsa, xarici vətəndaşla əmək müqaviləsi ləğv edilə bilər.
2014-cü ildən bəri Rusiya bölgələri bu cür məhdudiyyətlər tətbiq edə bilər, lakin əvvəllər onlar əmək qanunvericiliyi ilə nəzərdə tutulmamışdı. Regionların tələblərinin pozulduğu halda işəgötürənlər 1 milyon rubla qədər cərimə və ya fəaliyyətin dayandırılması ilə cəzalandırıla bilərlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]