Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib
Bakı, 26 avqust, AZƏRTAC
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 65 ton olan taxta avqustun 25-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:46]
Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb
- 25.08.2026 [18:02]
Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb
- 25.08.2026 [17:56]
Bakıda 66 yolötürücüsü və körpüyə baxış keçirilib
- 25.08.2026 [17:16]
® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir
- 25.08.2026 [17:06]
Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK
- 25.08.2026 [16:16]