Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyalı ekspert Moskva və İrəvan arasında müttəfiqlik münasibətlərinin pozulacağını istisna etmir

Rusiyalı ekspert Moskva və İrəvan arasında müttəfiqlik münasibətlərinin pozulacağını istisna etmir

Bakı, 8 sentyabr, N.Məmmədova, AZƏRTAC

Xəzər Strateji Tədqiqatlar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko perspektivdə Moskva və İrəvan arasında müttəfiqlik münasibətlərinin pozulacağını mümkün hesab edir. Ekspert bu barədə AZƏRTAC-a Ermənistanın son anti-Rusiya bəyanatlarını şərh edərkən bildirib.

Son bir neçə gündə Ermənistanın rəhbərliyi bir sıra anti-Rusiya istiqamətli hərəkətlər edib: əvvəlcə, baş nazir Nikol Paşinyanın “respublikanın təhlükəsizlik sahəsində ancaq bir ölkədən asılı olması strateji səhvdir” bəyanatı, sonra Ermənistan hökuməti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya etmək üçün onun parlamentə göndərilməsi. Bu, BCM-in mart ayında həbsinə order verdiyi Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini mümkünsüz edir. Sonra İrəvan KTMT-dən öz daimi nümayəndəsini geri çağırdı və hələ də yenisini təyin etməyib. Onun müdafiə idarəsi isə elan edib ki, sentyabrın 11-20-də ABŞ ilə birlikdə Ermənistanda “Tərəfdaş Qartal-2023” (EAGLE PARTNER 2023) hərbi təlimləri keçiriləcək.

Ekspert əlavə edib: “Mənfi proqnoz gələcəkdə münasibətlərin pisləşməsindən ibarətdir, perspektivdə isə Moskva və İrəvan arasında müttəfiqlik münasibətlərinin pozulacağı da mümkündür. Təbii ki, baş verənlər, həmçinin Ermənistanın KTMT-də iştirakının dondurulması və ya hətta onun tərkibindən çıxması, müstəsna olaraq, baş nazir Nikol Paşinyanın siyasətidir. Bunun səbəbi nədir? Zənnimcə, bu suala cavabı iki müstəvidə vermək olar. Birincisi, aydındır ki, o vaxtlar Ermənistanda “məxməri inqilab”ın qələbəsi Qərb ölkələri, xüsusən ABŞ tərəfindən dəstəklənən qərbyönümlü siyasi güclərin zəfəri idi. Ona görə də Paşinyan lap əvvəldən Qərbin nüfuz mərkəzlərinin layihəsi olub. Digər tərəfdən, ölkəsi Rusiya ilə siyasi, iqtisadi, hərbi təmaslar sistemində olan baş nazir qəti addımlar ata bilmir və Rusiya Federasiyası ilə münasibətlərin pozulması üzrə hansısa çevik qərarlar qəbul etmək iqtidarında deyildi. Lakin Paşinyanın komandasının qərbyönümlü olması ilə bağlı düşünürəm ki, heç bir illüziya olmayıb. Beləliklə, bu gün baş verənlər erməni rəhbərliyinin müvafiq siyasi kursunun nəticəsidir”.

İkinci səbəbdən danışan İqor Korotçenko qeyd edib ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyəti və kapitulyasiyasından sonra bu ölkədə siyasi böhran başlayıb və Paşinyan bütün vasitələrlə öz hakimiyyətini qoruyub saxlamaq üçün siyasi manevrlər etməyə məcbur olub. Politoloq vurğulayıb: “Ermənistan cəmiyyətinin Qarabağı həmişəlik itirdiyini və yaxın vaxtlarda Qarabağ ermənilərinin Azərbaycanın hüquqi və siyasi sisteminə reinteqrasiyası proseslərinin praktiki olaraq başlayacağını dərk etməsi şəraitində mütləq şəkildə narazılıqlar yaranır və insanlar vəziyyətin bu həddə çatmasında kimin təqsirkar olduğunu araşdıracaqlar. Paşinyan üçün sırf siyasi cəhətdən, hakimiyyətdə qalmasını təmin etmək üçün indi Rusiyanı bütün destruktiv proseslərin təqsirkarı elan etmək sərfəlidir ki, bu da bu və ya digər dərəcədə Ermənistanın maraqlarına təsir edir və onlara toxunur. Beləliklə, Paşinyanın anti-Rusiya ritorikası, sonradan isə Rusiya əleyhinə fəaliyyəti erməni cəmiyyətinə elə təqdim edilir ki, guya Rusiya Ermənistanın müdafiəsi üzrə öz öhdəliklərini yerinə yetirmir. Fikrimcə, indi bu iki amil vəziyyətin inkişafının gedişini və dinamikasını müəyyən edir”.

Ermənistan-Amerika hərbi təlimlərinə gəldikdə, ekspert onları Rusiyaya qarşı tamamilə düşmən hərəkəti adlandırıb. O, sözlərinə yekun vuraraq deyib: “Biz bu barədə İrəvanın bəyanatından sonra xəbər tutduq. Aydındır ki, bu məsələ əvvəlcədən Vaşinqton ilə Paşinyanın aparatı arasında gizli diplomatik kanallar vasitəsilə razılaşdırılıb. Bu, KTMT-yə üzv ölkə kimi, Ermənistanın öhdəliklərinə daban-dabana ziddir və mənfi xarakterli güclü əməli addımdır. Bu addım onsuz da əlverişli olmayan Rusiya-Ermənistan münasibətlərini ciddi şəkildə çətinləşdirir və daha da pisləşdirəcək. Bu məsələdə Moskvanın mövqeyi belədir: bir tərəfdən Paşinyan və onun komandasının bu cür hərəkətlərinin qəbuledilməz olması barədə siqnallar verilir, digər tərəfdən ehtimal olunur ki, hər şey yaxşı olacaq və Ermənistan KTMT-də qalacaq. Zənnimcə, həqiqət həmişə ortada olur, amma Rusiyanın Cənubi Qafqazda maraqları və Rusiya-Ermənistan münasibətləri üçün proqnoz mənfidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin zəngin dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub