RUSİYANIN BAKI-TBİLİSİ-CEYHANA QOŞULMASI ONA GÜNDƏ 9 MİLYON DOLLAR GƏLİR GƏTİRƏ BİLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ-dakı nüfuzlu “Stratfor” kəşfiyyat və təhlil mərkəzi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işlənilməsinə dair proqnozunu yaymışdır.
“Stratfor”un təhlilçiləri hesab edirlər ki, Rusiyanın BTC-yə qoşulması həm əsas ixrac boru kəmərini tam qüvvə ilə işlədər, həm də Rusiyaya gündə 9 milyon dollar gəlir gətirər. BTC-nin gerçəkləşməsinə müxaliflik kəmərin ideyası yaranan gündən Rusiya xarici siyasətinin əsas prinsipi olubdur. Moskva inanır ki, sabiq əyalətlərinin neftinin ixracına nəzarət edərsə, həmin yerlərdə baş verənlərə nüfuzetmə imkanını özündə saxlayacaqdır.
ABŞ təhlilçiləri hesab edirlər ki, Qazaxıstan neftinin BTC ilə nəqli planlarının həyata keçirilməsi hələ bir neçə il çəkə bilər.
Rusiyanın üçüncü böyük neft şirkəti, səhmlərinin 50 faizi bp-yə məxsus olan TNK-bp öz neftini BTC ilə nəql etmək niyyətindədir. Bu, həm də ən ucuz variantdır. Bakı-Novorossiysk kəmərinin axarı dəyişdirilərək Rusiya nefti Azərbaycana gəlsə, onu daha sonra BTC ilə Ceyhana göndərmək olar. Rusiya neftinin Azərbaycana ötürülməsi bugünkü qiymətlərlə gündə 250 min barrel neftin nəqlindən Rusiyaya 9 milyon ABŞ dolları gəlir gətirə bilər.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]