RUSTAVİDƏKİ 1 NÖMRƏLİ HƏBSXANADA QİYAM BAŞ VERİB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 30-na keçən gecə Gürcüstanın Kvemo Kartli–Borçalı bölgəsinin inzibati paytaxtı Rustavi şəhərindəki 1 nömrəli həbsxanada məhbuslar qiyam qaldırmışlar. Qiyamın yatırılması əməliyyatı zamanı bir məhbus, bir gözətçi yaralanmışdır. Hadisə yerinə əlavə qüvvələr cəlb edilmişdir.
Cəzaçəkmə Departamentindən verilən məlumata görə, hazırda vəziyyət tam nəzarət altındadır.
Xatırladaq ki, Rustavi şəhərindəki 1 nömrəli həbsxanada 1100 məhbus cəza çəkir.
Ombudsman (xalq müdafiəçisi) Sozar Subari hadisə ilə bağlı həbsxanada görüşlər keçirmişdir.
Məhbusların qohum və yaxınları həbsxananın qarşısında mitinq keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:29]
Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]