Saatlıda gecə saatlarında qanunsuz fəaliyyət göstərən çayxana aşkarlandı
Saatlı, 25 may, Aydın Yavərzadə, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Saatlıda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, obyektin icarədarı O.Kikinadze və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]