Saatlıda heyvandarlıq məhsulları istehsalı artır
Saatlı, 16 dekabr, Mahir Babayev, AZƏRTAC
Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 15 baş iribuynuzlu mal-qara, 114 min 467 baş qoyun-keçi saxlanılır. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Cari ilin 11 ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 7 min 52.1 ton ət (diri çəkidə), 39 min 542.8 ton süd, 209.5 ton yun, 13 milyon 170 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 4.9 ton, süddən 5.8 ton, yundan 15 ton, yumurtadan isə 188 min ədəd çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]