Saatlıda heyvandarlıq məhsullarının istehsalı artır
Saatlı, 7 aprel, Mahir Babayev, AZƏRTAC
Saatlıda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün rayonda müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində rayonda mal-qaranın baş sayı, ət və süd istehsalı artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 67 min 808 baş iribuynuzlu mal-qara, 115 min 800 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 32 min 332 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət və süd istehsalının da artmasına təsir göstərib.
Cari ilin ötən 3 ayında rayonda 1678 ton ət (diri çəkidə), 8 min 544 ton süd istehsal olunub ki, bu da 2019-cu ildə istehsal olunan ətdən 0,7 ton süddən 8,9 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]