Sabah hava əsasən yağmursuz olacaq, paytaxtda temperatur 17 dərəcəyədək yüksələcək PROQNOZ
Bakı, 6 mart, AZƏRTAC
Martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 13-18° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 15-17° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12°, bəzi yerlərdə 15° isti olacağı bildirilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 14-19° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 7-12° isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5°, gündüz 13-18° isti,
dağlarda gecə 1-4°, gündüz 9-14° isti olacaq.