“Sabah” klubunun FIBA Avropa Kubokundakı oyunlarının təqvimi açıqlanıb
Bakı, 31 avqust, AZƏRTAC
“Sabah” basketbol komandasının FIBA Avropa Kubokunun təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, A qrupunda yer alan paytaxt təmsilçisi ilk matçını oktyabrın 2-də Niderlandın “Donar” kollektivinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Avropa Kubokunun debütantı ikinci oyunda Şimali Makedoniyanın “Rabotniçki” klubunu sınağa çəkəcək. Oktyabrın 3-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
“Sabah”ın qrupdakı son matçı isə oktyabrın 5-də Rumıniya “Rapid”inə qarşı olacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 2-5 oktyabrda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qrup qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]