SABİRABADDA 15 MİN HEKTAR SAHƏNİN TAXILI YIĞILMIŞDIR
Sabirabad, 4 iyul (AZƏRTAC). Sabirabadda mövsümün əvvəlindən indiyədək 15 min hektar sahənin arpa və buğdası biçilmiş, xırmanlara 50 min tona yaxın məhsul daşınmışdır.
Rayonda daha 16 min hektar məhsulu biçilməmiş sahə qalır.
Rayon icra hakimiyyətində biçinə nəzarət məqsədi ilə yaradılmış qərargahdan bildirmişlər ki, sahələrə hər gün 80-dək kombayn, 120-dən çox digər texnika və nəqliyyat vasitəsi çıxarılır. Kombaynların nasazlıq halları 2 səyyar təmir briqadasının yardımı ilə dərhal aradan qaldırılır, yanğına qarşı təhlükəsizlik tədbirləri görülür.
Mütəxəssislərin rəyinə görə, rayon üzrə hər hektarın məhsuldarlığını azı 40 sentnerə çatdırmaq mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]