Sabirabadda yanğında ölənlərin kimliyi bilinib - YENİLƏNİB VİDEO
Sabirabad, 4 iyun, AZƏRTAC
Sabirabadda baş verən yanğın zamanı ölənlər bir ailənin üzvü olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Muğan Gəncəli kənd sakini Bahar Niyazovaya məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüblər. Hadisə zamanı ev sahibi və digər oğlu xilas olub.
08:13
Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin informasiya daxil olub.
AZƏRTAC xəbər verir ki, məlumatla əlaqədar müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.
Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.
Əlavə məlumat veriləcək.