SABİRABADIN İÇMƏLİ SU PROBLEMİ ARADAN QALDIRILIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sutkada 50 kubmetr suötürmə gücü olan təmizləyici hidrotexniki qurğunun təmiri üzrə dövlət proqramı həyata keçirilir. Qurğu 1990-cı ildən istismara yararsız hala düşmüşdü. Podratçı təşkilat olan yerli su-kanal idarəsi nəzərdə tutulmuş işlərin ilkin mərhələsini yekunlaşdırmışdır. Hər birinin tutumu 3000 kubmetr olan üç su anbarı lildən təmizlənmiş, 5 nasos quraşdırılmış, 10 kilometr uzunluğunda kanalizasiya xətti yuyulmuşdur.
2006-cı ildə proqramın tam həcmdə icrası istehlakçılara normal və təmiz su verilməsinə imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:12]
® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]