Şabranda 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Şabrandakı Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak etmiş, qəhrəman Vətən oğullarının məzarları üzərinə əklil və gül dəstələri düzmüşlər.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 20 Yanvar şəhidlərinin ölməzlik zirvəsinə yüksəldiyini qeyd etmiş, xalqın üzərinə yeridilən hərbi texnikanın insanların azadlıq əzmini qıra bilmədiyini vurğulamışdır. Bildirmişdir ki, şəhidlərimizin fədakarlığı gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir.
Sonda şəhidlərin xatirəsinə həsr olunan səhnəcik nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]