Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Yasamal rayonunda yerləşən 13 və 18 nömrəli tam orta məktəblərin şagirdlərinin Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.
Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Mərkəzlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.