Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yabanı ağaclara calaq vurulur
Şahbuz, 6 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahbuz Dövlət Təbiət Qoruğunun meşəlik ərazisində yaz calağı tədbirləri həyata keçiriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qoruğun ərazisində aparılan calaq işləri əsasən toxum üsulu ilə əkilən ağaclarda tətbiq olunub. Ekoloqlar parkın ərazisindəki ağacların calaq olunmasında daha çox göz və yarma üsuluna üstünlük veriblər.
Qeyd edək ki, aparılan calaq işləri zamanı 80-dən çox alma və armud qələmlərindən istifadə olunub.