Şahbuzda sınaq-test imtahanlarının nəticələri müzakirə edilmişdir
Şahbuz, 18 may (AZƏRTAC). Şahbuz rayonunda 2010-2011-ci tədris ilində sınaq-test imtahanlarının nəticələri, həmçinin buraxılış imtahanlarına hazırlıqla bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev demişdir ki, ötən dərs ilində rayonda tam orta təhsilini başa vuran 238 məzunun 175-i ali məktəblərə imtahan vermiş, 80 abituriyent tələbə adını qazanmışdır. Onlardan 15 nəfər 500-700 arası bal toplamışdır. Bunun o qədər də yüksək nəticə olmadığını bildirən nazir şagirdlərlə daha ciddi məşğul olmağı tövsiyə etmişdir.
Cari ildə keçirilən sınaq-test imtahanlarının nəticələrinə toxunan nazir bildirmişdir ki, rayonun ümumtəhsil məktəblərində 10 sınaq-test imtahanı keçirilmişdir. İmtahanlarda şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılmış, imtahanların nəticələrinin obyektiv qiymətləndirilməsi təmin edilmişdir.
Müşavirədə qarşıdan gələn buraxılış imtahanlarına hazırlıq məsələləri də müzakirə olunmuş, bu prosesin uğurla başa çatması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi tələb edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]