ORDU
Şahdağ zirvəsinə hərbçilərin alpinizm ekspedisiyası təşkil olunub VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümünü münasibətilə Şahdağ zirvəsinə “Bir əsr Vətən keşiyində” adlı alpinizm ekspedisiyası təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekspedisiya çərçivəsində Hərbi Hava Qüvvələrinin zabitləri polkovnik-leytenant Zal Nəbiyev və baş leytenant Ülvi Məmmədli, həmçinin Azərbaycan Alpinizm Federasiyasının üzvü Nemət Ağayev Quba rayonu ərazisindəki Şahdağ zirvəsinə yürüş ediblər.
Dəniz səviyyəsindən 4243 metr yüksəklikdə yerləşən Şahdağ zirvəsinə qalxan alpinistlər burada Azərbaycan Respublikasının, ordumuzun və Hərbi Hava Qüvvələrinin bayraqlarını dalğalandırıblar.