Sahil Babayev: İlk dəfə dövlət və özəl sektorda çalışan muzdluların sayı bərabərləşib
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan tarixində ilk dəfə olaraq dövlət və özəl sektorda çalışan muzdlu işçilərin sayı bərabərləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.
Nazir bildirib ki, Azərbaycanda mülki sahədə çalışan muzdlu işçilərin sayı tariximizdə ilk dəfə olaraq 1 milyon 800 min nəfəri ötüb. “Uzun illərdir ki, hər zaman muzdlu əmək münasibətlərində dövlət sektoru üstünlük təşkil edirdi. Artıq bununla bağlı göstəricilər bərabərləşib. Son 5 il ərzində özəl sektor üzrə 400 mindən artıq iş yeri yaradılıb. Bu sahədə özəl sektorun atdığı addım yüksək qiymətləndirilməlidir və görülən işlər ölkə iqtisadiyyatının inkişafı üçün çox mühüm addımdır”, - deyə Sahil Babayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]