Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahin Bayramov: Mingəçevir Dövlət Universitetinin videodərsləri qısa müddətdə 30 min dəfədən çox izlənilib

Şahin Bayramov: Mingəçevir Dövlət Universitetinin videodərsləri qısa müddətdə 30 min dəfədən çox izlənilib

Mingəçevir, 1 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov koronavirusla mübarizə apardığımız bu günlərdə təhsil ocağının necə fəaliyyət göstərməsi, eləcə də tədris prosesi barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Şahin müəllim, koronavirusla mübarizə çərçivəsində Mingəçevir Dövlət Universiteti öz fəaliyyətini necə qurur?

-İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə qlobal pandemiyaya qarşı mübarizə sahəsində ölkəmizdə sistemli şəkildə həyata keçirilən qabaqlayıcı və preventiv tədbirləri qeyd etmək lazımdır. Müsbət haldır ki, Azərbaycan virusun yayılmasının qarşısının alınması, infeksiyanın milli iqtisadiyyata mümkün mənfi təsirlərinin minimuma endirilməsi, ən əsası isə mövcud durumda vətəndaşların sağlamlığının və sosial rifahının qorunması istiqamətində atılan davamlı addımların məzmununa, miqyasına və təsir gücünə görə əksər dünya ölkələrini qabaqlayır. Dövlətimizin başçısının “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamını və bu məqsədlə bir milyard manat vəsaitin ayrılmasını xüsusi vurğulamaq lazımdır.

Milli ali təhsilimizin tərkib hissəsi olaraq, Mingəçevir Dövlət Universiteti (MDU) də öz fəaliyyətini koronavirusa (COVID-19) qarşı hamılıqla mübarizə apardığımız mövcud şəraitdən irəli gələn tələblər çərçivəsində qurmağa çalışır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə müvafiq sərəncam verdiyi ilk gündən etibarən MDU-da bütün kütləvi tədbirlərin ənənəvi formada keçirilməsi dayandırılıb.

Bu dövr ərzində Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət edilməsinin vacibliyi barədə MDU-nun tələbə, professor-müəllim və inzibati-texniki heyət üzvləri arasında davamlı maarifləndirmə işləri aparılır. Bu məqsədlə, koronavirus infeksiyasının əlamətləri, ondan qorunmağın yolları, şəxsi gigiyena, ciddi zərurət olmadığı hallarda evdən çıxmamaq və digər önəmli məsələlər barədə mütəmadi olaraq universitetin saytında və sosial şəbəkələrdə paylaşımlar edirik. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərarları və rəsmi məlumatı gündəlik əsaslarla kollektivin bütün üzvlərinə çatdırmağa çalışırıq.

Bundan başqa, mart ayı ərzində MDU-nun bütün tədris binalarında, həyətyanı ərazilərdə, dəhlizlərdə, auditoriya və laboratoriyalarda, inzibati otaqlarda, idman zalında, kitabxanalarda, sanitar qovşaqlarda və digər köməkçi tikililərdə bir neçə dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Fürsətdən istifadə edərək, universitetdə davamlı tibbi-profilaktik işlərin aparılmasında fəal iştiraka görə Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşlarına təşəkkürümüzü bildiririk.

-Mövcud şərtlər daxilində MDU-da cari idarəetmə necə qurulub?

-Mart ayı ərzində MDU-da cari fəaliyyətimiz məsafədən idarəetmə və online kommunikasiya prinsipləri üzərində qurulub. Bu məqsədlə, müasir informasiya-kommunikasiya texnologiyalarının təqdim etdiyi bütün mümkün imkanlardan istifadə edirik. Bu yanaşma tədris, elm, maliyyə, kadr və digər məsələlər üzrə fəaliyyəti əhatə etməklə universitet idareəetməsinin bütün həlqələrində (rektorluq, dekanlıqlar, kafedralar, şöbələr və s.) tətbiq olunur. Nəticədə, həm Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən fəaliyyətimizlə bağlı verilən qərar və tapşırıqların vaxtında icra edilməsində, həm də universitet daxilində çevik kommunikasiyanın təmin olunmasında heç bir çətinlik yaranmayıb.

Martın 23-də universitetimizin tarixində ilk dəfə olaraq MDU Elmi Şurasının iclası internet üzərindən online formatda keçirilib. Ənənəvi formada keçirilən Elmi Şura iclaslarından heç bir göstəriciyə görə geri qalmayan online iclasda koronavirusla mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən irəli gələn vəzifələr və yaranmış şəraitdə MDU-da tədrisin təşkili məsələləri müzakirə olunub.

Cari fəaliyyətimizin normal qaydada təşkilinin bariz nümunəsi olaraq, martın 20-dək universitet əməkdaşlarının mart ayı üçün əməkhaqlarının, tələbələrin isə yanvar-fevral ayları üçün təqaüdlərinin tam ödənilməsi təmin edilib. Tələbələrin mart ayı üçün təqaüdlərinin yaxın iki gün ərzində ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, Novruz bayramı münasibətilə universitetin bütün əməkdaşlarına birdəfəlik maddi yardım verilməsi ilə bağlı MDU rektorunun müvafiq əmri icra olunub və sözügedən ödənişlər həyata keçirilib. Əlavə olaraq qeyd edim ki, 2020-ci ilin birinci rübündə universitet üzrə nəzərdə tutulan bütün sosial, vergi, kommunal və digər ödənişlərin tam ödənilməsi təmin edilib.

-Hazırda MDU-da tədris prosesi necə təşkil olunur?

-Mövcud şəraitdə qarşımıza qoyduğumuz əsas vəzifə tədris prosesində davamlılığın təmin edilməsindən ibarətdir. Mövcud infrastruktur imkanları və kadr potensialı nəzərə alınmaqla, cari il martın 17-dən etibarən MDU-da dərslərin online və offline rejimdə təşkilinə start verilib. İlkin mərhələdə “ZOOM” platforması və “Videodərslər” kimi məsafədən təhsil texnologiyalarının imkanlarından istifadə etməyə başladıq. Hər iki metodun tətbiqi zamanı konkret mövzular üzrə mühazirə mətnləri elektron poçt vasitəsilə dərsdən əvvəl tələbələrə göndərilir. Başqa sözlə, tələbələr mühazirə mətnləri vasitəsilə əldə etdikləri bilik və bacarıqları “ZOOM” dərsləri və “Videodərslər” yolu ilə daha da gücləndirmək imkanı qazanırlar.

Məsafədən təhsil sahəsində beynəlxalq təcrübədə geniş yayılmış “ZOOM” platformasının video-konfrans alətinin tətbiqi ilə müəllim və tələbələr arasında bağlantı yaradırıq. Video-konfrans müəllim və tələbələr arasında görüntülü və çoxtərəfli müzakirələrin aparılmasına imkan verir. Online və offline rejimdə fəaliyyət göstərən bu tətbiq tələbələr tərəfindən müəllimə həm şifahi, həm də yazılı sualların verilməsinə şərait yaradır. Həm kompyuter, həm də mobil tətbiqinin olması tələbələrin bu sistemə qoşulmasını asanlaşdırır. Dərslər əvvəlcədən müəyyən edilən dərs cədvəli əsasında təşkil olunur.

Qısa müddət ərzində tələbə və müəllimlərimizin yaxın dostuna çevrilmiş “ZOOM” platformasında keçilən dərslərin dekanlar, tyutorlar və Tədris şöbəsi əməkdaşları tərəfindən monitorinqi aparılır. Bu vaxta qədər, “ZOOM” platformasında 10 təqvim günü ərzində MDU üzrə 107 fənn üzrə 102 müəllim tərəfindən ümumilikdə 219 dərs keçilib. Başqa sözlə, universitetin professor-müəllim heyətinin 60 faizinin cəlb olunduğu “ZOOM” tədrisində gündəlik orta hesabla 20 dərs təqdim olunub.

Eyni zamanda, alternativ tədris metodu qismində, universitetin professor-müəllim heyəti üzvlərinin iştirakı ilə hazırlanan “videodərslər” offline rejimdə YouTube kanalı vasitəsilə tələbələrin istifadəsinə verilir. Ev şəraitində müəllimlər tərəfindən hazırlanan “videodərslər” universitetin İnformasiya Texnologiyaları mərkəzində ümumi formata uyğunlaşdırıldıqdan sonra MDU-nun YouTube kanalında yerləşdirilir. Bu metodun əsas üstünlüyü tələbələrin “videodərslər”ə cədvəl üzrə konkret dərs vaxtı deyil, özləri üçün uyğun olan istənilən vaxtda (həm də bir neçə dəfə) baxa bilmələri ilə şərtlənir.

Bu vaxta qədər, 9 təqvim günü ərzində MDU üzrə 77 müəllim tərəfindən hazırlanan, ümumilikdə, 151 videodərs tələbələrin istifadəsinə təqdim edilib. YouTube kanalından əldə etdiyimiz martın 31-nə olan məlumata əsasən həmin “videodərslər”, ümumilikdə, 30 min dəfədən çox izlənilib. Bu isə hər bir “videodərs” üzrə orta hesabla 400-ə yaxın baxış sayı deməkdir.

Müsbət haldır ki, MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvlərinin böyük fədakarlığı hesabına təqdim olunan dərslər tələbələr və onların valideynləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. “ZOOM” platforması vasitəsilə təqdim olunan online dərslər (dərslərdə tələbə iştirakçılığı nəzərə alınmaqla) və YouTube kanalı üzərindən offline formatda yayımlanan “videodərslər” (baxış sayı nəzərə alınmaqla) tələbələrimizin böyük marağına səbəb olub. Bundan əlavə, tələbələrdən və onların valideynlərindən təşkil olunan dərslərdən məmnunluq ifadə edən çoxsaylı müraciətlər daxil olub.

Hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə dərslərin Microsoft Teams platforması üzərindən keçilməsi üzərində işləri yekunlaşdırmaq üzrəyik. Daha geniş imkanlar təklif edən bu online təhsil alətinin tətbiqi tədris prosesinin daha sistemli şəkildə təşkilinə imkan verəcək.

Nəzərə almaq lazımdır ki, qeyd olunan hər üç məsafədən təhsil metodu alternativ tədris vasitələri hesab olunur və tələbələr üçün könüllü əsaslarla tətbiq edilir. Tələbələrin hər üç metoddan faydalanması arzu olunur və tərəfimizdən təşviq edilir. Bununla belə, tələbə bu metodlardan birini və ya bir neçəsini seçməkdə tam sərbəstdir. Hər bir tələbə öz seçimini evdə olduğu dövrdə malik olduğu IT və internet bağlantısı imkanlarına görə edir. Eyni zamanda, tələbənin məsafədən keçirilən dərslərdə iştirakı üzrə davamiyyəti nəzərə alınmır. Daha konkret desək, online dərslərdə iştirak etməyən tələbənin davamiyyətlə bağlı problemi olmayacaq.

Xüsusi vurğulamaq lazımdır ki, tərəfimizdən atılan bütün addımlar evdə qaldıqları müddətdə tələbələrin dərslərlə məşğul ola bilməsi üçün alternativ imkanların yaradılmasına xidmət edir. Belə ki, mövcud qanunvericiliyə görə ölkəmizdə tədris prosesinin başlama və bitmə müddətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu səbəbdən də, postkoronavirus dövründə tədris prosesinin hansı müddətlərdə və formatda keçirilməsinə dair müvafiq qərar verildikdən sonra fəaliyyətimizi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim olunacaq müvafiq təlimatlar əsasında quracağıq.

Fürsətdən istifadə edərək, karantin dövründə universitetdə idarəetmənin və tədris prosesinin təşkilində davamlı dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, eləcə də mövcud şərtlər daxilində ümumi fəaliyyətimizə göstərilən köməyə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinə təşəkkür edirik.

-MDU-nun ölkəmizdə koronavirusla mübarizəyə töhfəsi nədən ibarətdir?

-Hesab edirik ki, dünyanı bürümüş COVID-19 infeksiyası ilə mübarizə hər birimizin insanlıq və vətəndaşlıq borcumuzdur. Bu istiqamətdə həmrəy olmağımız və irəli sürülən tələblərə hamılıqla riayət etməyimiz çox vacibdir. Bu baxımdan, ilk gündən başlayaraq tələbələrimizin və əməkdaşlarımızın öz ailə üzvləri, qohumları, tanışları və qonşuları arasında maarifləndirmə işləri aparmasına xüsusi diqqət yetiririk. Fikrimizcə, tələbələrimiz və gənc əməkdaşlarımız tərəfindən bu istiqamətdə hazırlanmış fləşmoblar, onlar tərəfindən sosial şəbəkələrdə edilən çoxsaylı çağırışlar və paylaşımlar az əhəmiyyət kəsb etmir.

Mart ayı ərzində tələbə və gənc əməkdaşlarımızdan ibarət könüllü qruplarımız qlobal pandemiya dövründə xüsusi qayğıya ehtiyacı olan bir neçə ailəni ziyarət edib, onlara müvafiq yardımlar göstəriblər.

Xüsusi qeyd etmək lazımdır ki, MDU olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı, Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər Təşkilatı, Mingəçevir şəhər Regional “ASAN xidmət” Mərkəzi və Mingəçevir Gənclər Evi tərəfindən koronavirusla mübarizə sahəsində irəli sürülən təşəbbüsləri davamlı dəstəkləyirik. Belə ki, adıçəkilən tərəfdaşlarımızın tənha və xəstə insanlara yardım göstərilməsi, onların zəruri ehtiyaclarının qarşılanması kimi könüllülük fəaliyyətlərində MDU tələbələri və gənc əməkdaşları fəal iştirak edirlər.

İnanırıq ki, MDU-nun tələbə-könüllüləri və gənc əməkdaşları bir neçə gün əvvəl bir sıra könüllü təşkilatlarının təşəbbüsü ilə yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyətində də xüsusi aktivlik göstərəcəklər.

Eyni zamanda, MDU Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın göstərdikləri xeyirxahlıq təşəbbüsünə ilk qoşulanlardan olub. Belə ki, universitetin Elmi Şurasının müvafiq qərarına əsasən MDU-nun hesabından Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15 min manat vəsait köçürülüb. MDU əməkdaşları tərəfindən qeyd olunan Fonda fərdi qaydada ianələr göstərilməsi prosesi hazırda davam edir.

Əminik ki, dövlətimiz tərəfindən həyata keçirilən zəruri tədbirlər və xalqımızın göstərəcəyi həmrəylik sayəsində qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasına birlikdə qalib gələcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib