Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahin Mövsümov: ““Tərəqqi” medalı növbəti uğurlar qazanmağımız üçün güclü stimul olacaq”

Şahin Mövsümov: ““Tərəqqi” medalı növbəti uğurlar qazanmağımız üçün güclü stimul olacaq”

Bakı, 4 may, Ramiz Quliyev, AZƏRTAC 

“AS Group Investment” şirkətlər qrupunun təsisçisi Şahin Mövsümov AZƏRTAC-a müsahibəsində milli sahibkarlığın qarşısında duran strateji hədəflər, iş adamlarına dövlət dəstəyi və şirkətlər qrupunun planları haqqında danışıb.

- Şahin müəllim, siz Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmisiniz və sizinlə bərabər 30-a yaxın sahibkarın dövlətin yüksək mükafatına layiq görülməsi, milli sahibkarlığın inkişafının artıq yeni bir mərhələyə qədəm qoyduğunu deməyə əsas verirmi?

- Milli sahibkarlıq artıq növbəti inkişaf mərhələsinə qədəm qoyub. Sahibkarlarımız inşaat sektorunda mühüm layihələr həyata keçirir, geniş çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları istehsal edir, göstərilən xidmətlərin çeşidini genişləndirir, ölkəmizə gələn turistlərə keyfiyyətli xidmət göstərirlər.

Ölkəmizdə yaradılan münbit şərait biznesin inkişafını təşviq edir. Hər bir sahənin, o cümlədən sahibkarlığın inkişafı kompleks yanaşma tələb edir. Bura dövlətin dəstəyi, təkmil qanunverici baza, siyasi və iqtisadi sabitlik və digər önəmli amillər aiddir.

Azərbaycan vətəndaşı bu gün sabit bir ölkədə yaşayır. Biz bu sabitliyə artıq vərdiş etmişik və uzunmüddətli planlar qururuq. Halbuki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi təhlükəsi, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, siyasi-iqtisadi böhran müstəqilliyimiz üçün çox ciddi təhlükəyə çevrilmişdir. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra siyasi-iqtisadi sabitlik təmin edildi, siyasi sistem formalaşdı, Konstitusiya qəbul olundu, “Əsrin müqaviləsi” və “Şahdəniz” qaz yatağının işlənməsi üzrə müqavilələr imzalandı, gələcək iqtisadi inkişafın təməli qoyuldu.

Qeyd etmək istəyirəm ki, dövlətin dəstəyi, yaradılan müvafiq qanunverici baza, siyasi və iqtisadi sabitlik milli sahibkarlığın yaranması və inkişafı üçün münbit şərait yaratdı. Məhz bu dövrdə, 2003-cü ildə “AS Group Investment” Şirkətlər qrupunun əsası qoyuldu. Bu günədək “AS Group Investment” mülki və inzibati binaların, həmçinin sənaye obyektlərinin tikintisini, infrastruktur layihələrini əhatə edən 40-dək layihəni uğurla başa çatdırıb. “AS Group Investment”ə məxsus müəssisələrdə beton, beton məmulatları, dəmir-beton məhsulları, armokarkas istehsal olunur, 230-dan çox inşaat və istehsalat texnikası həm bizim, həm də digər təşkilatların ehtiyaclarını ödəyir.

Qürurla deyə bilərəm ki, biz investisiya cəlb edən şirkətdən, investisiya yatıran şirkətə çevrilmişik. Belə ki, 2011-ci ildə fəaliyyət coğrafiyamızı daha da genişləndirərək, Gürcüstana investisiya yatırmışıq. “AS Group İnvestment”in törəmə şirkəti olan “AS Georgia” Gürcüstan bazarını geniş araşdıraraq, yeni fəaliyyət sahələrinin yaradılması perspektivlərini nəzərdən keçirir. Hazırda “AS Group Investment”də 1000-dən çox insan çalışır və bununla da biz məşğulluğun təmin olunmasına öz önəmli töhfəmizi veririk.

Bütün bunları sadalamaqda məqsədim, bizim qısa müddət ərzində keçdiyimiz yolu vurğulamaqdır. Əminəm ki, mənimlə bərabər dövlət başçısı tərəfindən təltif olunan digər sahibkarlar da, qısa müddət ərzində böyük uğurlara imza atmışlar. Fürsətdən istifadə edib, “Tərəqqi” medalı ilə təltif edilmiş digər sahibkarları da səmimi qəlbdən təbrik edirəm. Azərbaycan sahibkarlığının qazandığı uğurlarda Prezident İlham Əliyevin dəstəyi, qayğısı və diqqəti böyük rol oynayıb. Sahibkarlıq nümayəndələrinin “Tərəqqi” medalı ilə təltif olunması bu diqqətin bariz nümunəsi, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin davamıdır. Əminəm ki, “Tərəqqi” medalı növbəti uğurlar qazanmağımız üçün güclü stimul olacaq.

- Sizin fikrinizcə, növbəti inkişaf mərhələsində milli sahibkarlığın qarşısında hansı strateji hədəf və vəzifələr durur?

- Azərbaycan sahibkarlığının növbəti strateji hədəfi Azərbaycan nefti qədər tanınacaq brend məhsulları istehsal edib, dünya bazarlarına ixrac etməkdir. Milli sahibkarlığın dayanıqlılığını və inkişafını təmin etmək üçün ölkə daxilində bütün lazımi şərait yaradılıb.

2016-cı ildə Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bu, həm əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, həm də tikinti şirkətlərinə dəstək baxımından çox vacib bir addım idi.

Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günədək 32 mindən çox sahibkara 2 milyard manata yaxın güzəştli şərtlərlə kredit verilib. 2016-cı ildə ölkənin vergi sistemində əsasən sahibkarlıq fəaliyyətini əhatə edən əhəmiyyətli islahatlar aparılıb, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat layihələri reallaşdırılır. Bütün bu görülən işlər beynəlxalq reytinqlərdə də öz əksini tapıb. Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanan Qlobal rəqabətə davamlılıq reytinqində Azərbaycan keçmiş Sovet İttifaqı respublikaları arasında yalnız Estoniya və Litvadan geri qalaraq, 37-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycanda məhsuldar fəaliyyət üçün hər bir şərait yaradılıb. Sahibkarların qarşısında duran əsas vəzifə yerli və xarici bazarların tələb və istəklərini düzgün araşdırmaqla, keyfiyyətli məhsul və xidmətlər istehsal etməkdir.

- Bu istiqamətdə “AS Group Investment” şirkətlər qrupunda hansı işlər həyata keçirilir?

- “AS Group Investment” Azərbaycanda daha çox developer fəaliyyəti ilə tanınır. Uzun illərdir ki, “AS Group Investment” regionun tikinti sektorunda müxtəlif profilli layihələr həyata keçirir, tikinti materialları istehsal edir. 2014-cü ildə “AS Group Investment” Tbilisi şəhərində regionun ən iri yaşayış kompleksinin - “Dirsi”nin tikintisinin 1-ci mərhələsini uğurla başa çatdırıb. 2016-cı ildə Buzovna qəsəbəsində “Villa Siena” lüks klass villalar kompleksinin, bu ilin əvvəlində isə Mingəçevir şəhərində “Park Residence” premium klass yaşayış binasının tikintisi üzrə işlər uğurla yekunlaşdırılıb.

Artıq bu ilin sonunda “Renessans Palace” premium klass yaşayış binasının tikintisini başa çatdırmağı planlaşdırırıq. Bununla yanaşı, su-kanalizasiya sistemlərinin qurulması, çirkab suların emalı üzrə qurğuların quraşdırılması layihələrində “AS Group Investment”ə məxsus Yevlax dəmir-beton məhsulları zavodu fəal iştirak edir. Müəssisədə istehsal olunan beton elementlər Azərbaycanın 20-dən çox rayonunda həyata keçirilən layihələrdə geniş tətbiq olunub. İstehsal etdiyimiz beton məmulatları dövlət əhəmiyyətli layihələrdə, abadlaşdırma işlərində geniş istifadə olunur.

“AS Group Investment”in strateji inkişaf planı yalnız Azərbaycan və Gürcüstanla məhdudlaşmır. Rusiya, Türkiyə, İran, Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya daşınmaz əmlak bazarları ətraflı araşdırılır, fəaliyyətimizin bu ölkələrə doğru genişləndirilməsi perspektivləri nəzərdən keçirilir.

Fəaliyyət coğrafiyası ilə yanaşı olaraq, “AS Group Investment” həm də fəaliyyət sahələrini genişləndirir. 2016-cı ildə Hövsan qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və ixracını əhatə edən Aqroparkın yaradılmasına başlanıldı. İlkin mərhələdə Aqroparkda pomidor və çiyələk (o cümlədən Azərbaycanda ilk dəfə olaraq ağ çiyələk) istehsal olunacaq. Pilot layihə çərçivəsində istehsal olunan ilk məhsul artıq yaxın aylarda daxili və xarici bazarlara çıxarılacaq.

Azərbaycanın mülayim iqlim şəraiti, o cümlədən ilin 230-260 gününün günlü olması, istixanalarda qazın istifadəsini minimuma endirir. Bu isə məhsulların qiymətinin xarici bazarlarda rəqabətə davamlılığını artırır. Məhz bunu nəzərə alaraq, Aqroparkda istehsal olunacaq məhsulların Yaxın Şərq, Avropa İttifaqı, Rusiya və Qazaxıstan bazarlarına ixrac olunması nəzərdə tutulub.

Göründüyü kimi, kifayət qədər görüləcək işlər var. Dövlət başçısının dəstəyi, zəngin təcrübəmiz və gərgin əməyimizlə qarşımızda duran bütün vəzifələrin öhdəsindən gələcəyimizə əminəm!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb