Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün İtaliyanı sınağa çəkəcəklər
Bakı, 19 sentyabr, AZƏRTAC
Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, hər iki komanda VII turda İtaliyanın müvafiq kollektivləri ilə üz-üzə gələcək.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət milli (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı) 10 xalla 14-сü, Mixail Şereşevskinin başçılıq etdiyi (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova) qadın komandası isə 10 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]