Şahmat üzrə onlayn Avropa çempionatı keçiriləcək
Bakı, 16 dekabr, AZƏRTAC
Avropa Şahmat Birliyi (AŞB) və Sileziya Şahmat Federasiyasının (SŞF) təşkilatçılığı ilə dekabrın 19-20-də blits üzrə onlayn Avropa çempionatı keçiriləcək.
AZƏRTAC AŞB-nin rəsmi saytına istinadla xəbər verir ki, yarışın əvvəlcə İsveçrə sistemi üzrə 11 turdan ibarət seçmə mərhələsi keçiriləcək. Ən yaxşı 16 oyunçu pley-offa yüksələcək. Pley-off mərhələsinin ən yaxşı 4 oyunçusu isə turnirin medalçılarını və qalibini müəyyənləşdirən yarımfinala yüksələcək. Daha sonra superfinal keçiriləcək.
Ən yaxşı 16 oyunçuya pul mükafatı, medallar və kuboklar veriləcək. Təşkilatçılar həmçinin, ən yaxşı qadın oyunçular, yaşlı oyunçular və müxtəlif yaş qruplarında yeniyetmə şahmatçılar üçün xüsusi mükafatlar hazırlayıblar.
Turnirdə Azərbaycan şahmatçıları da iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]