Azərbaycan Dövlət İnformasiya Agentliyi

SALYAN OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞINDA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

SALYAN OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞINDA  AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz salyanlılar!

Əziz dostlar!

Əziz idmançılar!

Bu gün Salyan rayonunun həyatında çox əlamətdar bir gündür. Salyanda gözəl Olimpiya İdman Kompleksi istismara verilir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.

Mən xatırlayıram, iki il bundan əvvəl Salyanda olarkən kompleksin tikintisi ilə tanış olmuşdum və o vaxt demişdim ki, bu gözəl idman qurğusu dünyanın ən yüksək standartlarına cavab verməlidir. Bu gün kompleksin bütün elementləri ilə tanış olarkən bir daha gördüm ki, doğrudan da bu, belədir. Burada idmanla məşğul olmaq üçün çox gözəl imkanlar var, ən müasir şərait, dörd açıq meydança, böyük stadion, idman zalı, hovuz, digər zallar var. Yəni bu kompleksdə həm beynəlxalq yarışların keçirilməsi mümkündür, həm də yerli idmançıların məşqləri üçün, təlim-məşq toplanışlarının keçirilməsi üçün bütün şərait vardır.

Bildiyiniz kimi, Azərbaycanda olimpiya idman komplekslərinin tikintisi çox geniş vüsət alıbdır. Ölkəmizin müxtəlif bölgələrində belə gözəl idman obyektləri tikilir. Son illər ərzində 13 idman kompleksi istismara verilmişdir. Salyan idman kompleksi 14-cüdür və növbəti illərdə 20-dən çox olimpiya kompleksi tikiləcəkdir. Bu, sadəcə olaraq, idman infrastrukturu deyil, eyni zamanda, turizmin inkişafı üçün, rayonların inkişafı üçün gözəl şərait yaradır. Burada gözəl mehmanxana və digər qurğular tikilibdir. Yəni bir sözlə, burada idmanla məşğul olmaq üçün, peşəkar idmançılar üçün və eyni zamanda, Salyan rayonunun sakinləri üçün hər cür şərait vardır. Mən çox istəyirəm ki, Azərbaycanda istismara verilmiş bütün yeni idman qurğularında daimi proses getsin, yəni uşaqlar, gənclər burada idman bölmələrində məşq eləsinlər, öz fiziki hazırlıqlarını daha da yüksək səviyyəyə qaldırsınlar.

Bildiyiniz kimi, Azərbaycanda idman çox böyük addımlarla inkişaf edir. Azərbaycan idman ölkəsidir, idman dövlətidir. Bizim beynəlxalq yarışlarda gözəl nəticələrimiz var, idmanın kütləviliyi geniş hal alır və biz bu məsələyə də çox böyük diqqət göstərməliyik. İdmanın kütləviliyi insanlarda idmana daha da böyük marağın yaranmasına gətirib çıxaracaq, uşaqlar daha da sağlam olacaqlar. Fiziki cəhətdən sağlam olan insan, mənəvi cəhətdən də sağlam olur. Beləliklə, Azərbaycanda gənc nəsil - uşaqlar, gənclər fiziki cəhətdən daha da güclü olacaqlar.

Əlbəttə, idmanın kütləviliyi hər bir ölkənin inkişafının əlamətidir. İnkişaf etmiş ölkələrdə bu, daha da geniş xarakter alır. Azərbaycan da bu yolu seçibdir. Bütün istiqamətdə atılan addımlar, görülən tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün şərait yaradır. Biz çox yüksək sürətlə inkişaf edirik. Sosial məsələlərin həlli, - idman da bu istiqamətdə çox vacib bir amildir, - əlbəttə, böyük əhəmiyyət daşıyır. İdmanın kütləviliyini daha da böyük dərəcədə təmin etmək üçün, əlbəttə ki, bizim idman qələbələrimiz də olmalıdır və çox şadam ki, bu, var. İdmançılarımız son illər ərzində müxtəlif beynəlxalq yarışlarda böyük nailiyyətlər, uğurlar qazanmışlar. Bu gün bizimlə bərabər burada Pekin Olimpiya oyunlarının qalibləri də iştirak edirlər. Həm Pekin, həm Sidney, həm Afina, həm də Barselona Olimpiya oyunlarında Azərbaycanı təmsil edən, bizim idman şöhrətimizi yüksəklərə qaldıran insanlar, Azərbaycanın dövlət bayrağını yüksəklərə qaldıran idmançılarımız buradadırlar. Onların uğurlu çıxışları, o cümlədən Pekin Olimpiya oyunlarında böyük qələbə qazanmaları, əlbəttə ki, bizim hamımızı ruhlandırır və ilk növbədə, uşaqları idmanla məşğul olmağa daha da çox sövq edir. Mən əminəm ki, onların nümunəsi, qələbələri bütün gənc idmançılar üçün də bir örnəkdir. Mən şübhə etmirəm ki, bu böyük qələbədən sonra idman bölmələrinə uşaqların axını daha da sürətli olacaqdır. Biz bunu müşahidə edirik. Biz görürdük ki, əvvəlki Olimpiya oyunlarından sonra, qazanılmış qələbələr nəticəsində idman bölmələrinə uşaqların axını daha da sürətli olur. İndi idmanla məşğul olmaq üçün, demək olar ki, Azərbaycanın bütün bölgələrində gözəl şərait var. Bax, bu olimpiya kompleksinin timsalında biz bunu görürük. Biz görürük ki, bizim çox güclü idman infrastrukturumuz yaradılır.

Bu Olimpiya İdman Kompleksində istənilən beynəlxalq yarışları da keçirmək mümkündür. Yəni indi Azərbaycanın bütün imkanları var ki, biz ən mötəbər beynəlxalq yarışları ölkəmizdə keçirək. Biz bunu edirik. Artıq dünya, Avropa çempionatları Azərbaycanda keçirilir və gələcəkdə belə imkanlar daha da geniş olacaqdır. Yəni, bir sözlə, bir daha demək istəyirəm ki, bu olimpiya idman komplekslərinin tikilməsi çox əlamətdar bir hadisədir və bir neçə məqsədi güdür: idmanın kütləviliyini təmin etmək, müasir idman və turizm infrastrukturunun yaradılması, təlim-məşq toplanışlarının keçirilməsini. Eyni zamanda, mən istərdim ki, Salyan rayonunun sakinləri də bu idman kompleksinin imkanlarından səmərəli istifadə etsinlər, burada idmanla məşğul olsunlar və öz sağlamlıqlarını daha da möhkəmləndirsinlər.

Deyə bilərəm ki, bütünlükdə son illər ərzində bu istiqamətdə görülən işlər məni çox sevindirir. Bizim gələcək fəaliyyət üçün də konkret planlarımız, proqramlarımız var. Bütövlükdə Salyanın inkişafına böyük diqqət göstərilir. Rayonun iqtisadi, sənaye potensialı artır, yeni müəssisələr yaradılır. Mənə verilən məlumata görə, son dörd il ərzində rayonda 10 mindən çox yeni iş yeri açılmışdır. Beləliklə, insanlar daha da yaxşı yaşamağa başlamışlar.

Salyanda sosial məsələlərin həlli sürətlə gedir. Mən bu gün səhər kənd məktəbinin açılışında iştirak edirdim və gördüm ki, çox yüksək səviyyədə tikilibdir. Bu da Dövlət proqramının tərkib hissəsidir. Azərbaycanın bütün bölgələrində yeni məktəblər tikilir. Son dörd il ərzində 1400 yeni məktəb tikilmişdir və bu proses sürətlə davam etdirilir. Mənə verilən məlumata görə, indi Salyanda bütün məktəblərdə kompyuter sinifləri yaradılmışdır. Biz kompyuterləşmə proqramını, demək olar ki, çox uğurla başa çatdırırıq. Bu, bir tərəfdən onu göstərir ki, dövlət siyasəti çox məqsədyönlüdür, digər tərəfdən, biz onun nəticəsini təhsilin keyfiyyətinin artmasında görürük. Bu məsələlər bir-biri ilə çox bağlıdır. Güclü sosial infrastruktur, eyni zamanda, tərəqqiyə, inkişafa gətirir.

Salyanda son illər ərzində 12 yeni məktəb tikilmişdir. Bir neçə məktəbdə əsaslı təmir işləri aparılmışdır və tikilməkdə olan məktəblər də var. Əlbəttə ki, gələcəkdə bu siyasət davam etdiriləcəkdir. Azərbaycanda bir dənə də yararsız, yaxud da qəza vəziyyətində məktəb olmamalıdır, olmayacaqdır. Dörd ildə 1400 məktəbin tikilməsi bunun əyani sübutudur. Mən əminəm ki, növbəti 3-4 il ərzində Azərbaycanda bütün məktəb infrastrukturu dünyanın ən yüksək standartlarına cavab verəcəkdir.

Salyan rayonunda sosial məsələlərin həlli üçün başqa tədbirlər də görülür. Mən xatırlayıram, keçən dəfə Salyanda olanda rayon xəstəxanası ilə tanış olmuşdum və gördüm ki, vəziyyət o qədər də ürəkaçan deyildir. Xəstəxana, demək olar ki, yararsız vəziyyətə düşmüşdü. Bu gün mənə məlumat veriblər ki, artıq əsaslı təmir işləri tam başa çatıb və ən yüksək dünya səviyyəsindədir. Mən bu gün o xəstəxana ilə tanış olacağam. Bax, budur Azərbaycanın reallıqları. Azərbaycan vətəndaşları yaxşı şəraitdə yaşamalıdırlar, uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, yaxşı tibbi xidmət göstərilməlidir, infrastruktur yaradılmalıdır, yeni iş yerləri açılmalıdır. Azərbaycanın iqtisadiyyatı çoxşaxəli olmalıdır və biz bu məqsədlərə çatırıq.

Bu gün Bakıdan gələrkən paytaxtı Salyanla birləşdirən yolun tikintisinə də nəzər saldım. Bu yol ən müasir səviyyədədir, Azərbaycan-İran sərhədinə qədər gedəcəkdir. Bu, insanlara rahatlıq gətirəcəkdir. Yol olan yerdə inkişaf da olur. Beləliklə, Azərbaycanın inkişafı uzunmüddətli, dayanıqlı olacaqdır və Azərbaycan xalqına böyük uğurlar gətirəcəkdir.

Mən bir daha demək istəyirəm ki, biz iqtisadi islahatlar aparmaqla ölkəmizin hərtərəfli inkişafına nail ola bilmişik. Biz bu gün kənd təsərrüfatına böyük diqqət göstəririk və kənd təsərrüfatı istehsalı ildən-ilə artır. Bu günlərdə Bakıda Azərbaycanda istehsal olunan məhsulların sərgisi keçirilirdi. Mən sərgi ilə tanış oldum. Bilirdim və bir daha gördüm ki, demək olar, ərzaq məhsullarının böyük əksəriyyəti ilə özümüzü təmin edirik. Əvvəllər biz daha çox idxaldan asılı idik. Azərbaycanda strateji xarakter daşıyan bir çox ərzaq məhsulları xaricdən gətirilirdi. Biz indi özümüzü kənd təsərrüfatı məhsulları ilə 90-95 faiz səviyyəsində təmin etməyə nail ola bilmişik. Cəmi 4-5 il ərzində buna nəyin hesabına nail ola bilmişik?! Məqsədyönlü iqtisadi islahatlar, sahibkarlığın dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin verilməsi, ölkəmizdə liberallaşma siyasətinin aparılması, sahibkarlara dövlət tərəfindən həm maddi, həm də mənəvi, siyasi dəstəyin verilməsi, “Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaradılması, gübrənin, yanacağın fermerlərə güzəştli şərtlərlə verilməsi sayəsində. Azərbaycanda fermerlərə hər il 100 milyon dollar həcmində güzəştli kreditlər verilir. Bax, budur dövlət tərəfindən görülən əsas işlər. Əlbəttə ki, bununla bərabər, elektrik xətləri, yollar çəkilir və digər infrastruktur obyektləri yaradılır. Bu, Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük təkan vermişdir. Əgər Azərbaycan uzun illər, əsrlər boyu neft ölkəsi kimi tanınırdısa, XXI əsrdə özünü müasir, inkişaf etmiş ölkə kimi tanıtdıracaqdır. Bunu deməyə əsas var. Son illər ərzində aparılan çox ciddi iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.

Mən şübhə etmirəm ki, ölkəmizin gələcək inkişafı da uğurlu olacaqdır və hər bir rayonda abadlıq işləri aparılacaq, sosial infrastrukturun yaradılması və müasirləşdirilməsi üçün işlər görüləcək və insanların rahat yaşaması üçün lazımi tədbirlər görüləcəkdir.

Mən çox şadam ki, Salyan rayonunun iqtisadi göstəriciləri də çox yaxşıdır. Burada istehsal olunan məhsulların ümumi həcmi artır, yeni iş yerləri açılır. Rayonun infrastrukturunun möhkəmləndirilməsi üçün Azərbaycan dövləti bundan sonra da səy göstərəcəkdir. Gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafına dair növbəti Dövlət proqramında bütün rayonların problemləri öz əksini tapacaqdır. O cümlədən, Salyan rayonunun növbəti beş il ərzində uğurlu inkişafı üçün nəzərdə tutulan əməli-praktik tədbirlər orada göstəriləcəkdir.

Əziz salyanlılar!

Əziz dostlar!

Əziz idmançılar!

Bu gözəl Olimpiya İdman Kompleksinin açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellekt əsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür