SALYANDA 250 HEKTARDA YENİ MEYVƏ PLANTASİYASI SALINMIŞDIR
Salyan, 15 avqust (AZƏRTAC). Bu ilin birinci yarısında Salyan rayonunda 250 hektar sahədə yeni meyvə bağları salınmışdır. Bunun 109 hektarı üzüm, 141 hektarı isə nar, alma və digər meyvə bağlarıdır. Bununla da rayonda meyvə bağlarının ümumi sahəsi 1000 hektara çatdırılmışdır.
Rayonun Xələc, Kürsəngi və bir sıra digər kəndlərinin sahibkarları məşhur "Ağadayı" və "Kişmişi" üzüm növlərinin əvvəlki şöhrətini bərpa etmək niyyətindədirlər.
Salyanda kənd təsərrüfatı məhsullarını ilboyu saxlamağa imkan verəcək 12 min tonluq soyuducu anbar kompleksinin tikilməsi də meyvəçiliyə marağı artırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]