SALYANDA GƏNCLƏR EVİ TİKİLƏCƏKDİR
Salyan Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il rayonda dövlət vəsaiti ilə Gənclər evi tikiləcəkdir. Layihə-smeta sənədləri hazırlanmış, işin icrası “İlqar” şirkətinə həvalə olunmuşdur.
Tezliklə tikinti-quraşdırma işlərinə başlanılacaqdır. Burada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün informasiya və əyləncə mərkəzləri, kitabxana və digər xidmətlər təşkil olunacaqdır.