Salyanın uçmuş Cümə məscidi bərpa olunur
Salyan, 15 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi xətti ilə Salyan şəhərindəki Cümə məscidində bərpa işləri aparılır. Tarixi memarlıq abidəsi sayılan məscid 1865-ci ildə Hacı Mehdinin oğlu Ağahüseynin adna usta Kərbəlayi Əli Əkbər tərəfindən inşa edilmişdir.
Podratçı təşkilat olan nazirliyin 5 saylı tikinti idarəsinin iş icraçısı Hacı Mətləb Məmmədov AZƏRTAC-a bildirmişdir ki, 15 künbəzi, 12 sütunu olan bu məscid qrunt sularının və digər xarici təsirlərin nəticəsində bərbad hala düşmüşdü. Az müddətdə tikilinin 12 kümbəzi və 6 tağ sütunu yenidən inşa edilərək tam bərpa olunmuşdur.Tezliklə hündürlüyü 18 metrə çatacaq minarənin inşası da yekunlaşacaqdır.
Rayon sakinləri Cümə məscidinin bərpasını ölkə rəhbərliyinin dini dəyərlərimizin qorunması və yaşanmasına verdiyi yüksək diqqət və qayğının nümunəsi kimi dəyərləndirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [16:01]
Türklüyün birləşdiyi məkan - İstanbulun “Türk dünyası mədəniyyət məhəlləsi”
- 10.02.2026 [15:35]
“Vienna Charity Ball Baku” xeyriyyə balının ikinci mövsümü keçiriləcək
- 10.02.2026 [13:53]