Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 22,3 faiz artıb
Naxçıvan, 10 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 17,6 milyon manatdan çox vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 faiz və ya 1,2 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 13,7 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 2,5 milyon manat və ya 22,3 faiz artıb.
Ödənilən vergilərin 77,8 faizi qeyri-dövlət sektorunun, 22,2 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2026-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 235,9 min manat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [20:51]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [18:43]
Naxçıvan şəhərində 7,7 kilometrlik yolun asfaltlanmasına başlanılıb
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]