Sankt-Peterburqda “Xocalıya ədalət” elmi-praktik konfrans keçiriləcəkdir
Bakı, 21 fevral (AZƏRTAC). Fevralın 25-də Sankt-Peterburqun M.Qorki adına Mədəniyyət Evində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” elmi-praktik konfrans keçiriləcəkdir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, burada yaşayan və təhsil alan soydaşlarımızın, bir sıra ali təhsil ocaqlarının müəllimlərinin, ictimaiyyətin, KİV təmsilçilərinin iştirakı ilə keçiriləcək konfransda XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımı barədə ətraflı məlumat veriləcəkdir.
Konfransda tanınmış rus yazıçısı, professor Yuri Pompeyevin şəxsi xatirələri əsasında yazılmış “Qarabağ gündəliyi” kitabının təqdimatı da keçiriləcəkdir.
Bundan əlavə, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərini əks etdirən fotosərgi təşkil olunacaq, faciə haqqında sənədli film göstəriləcəkdir.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” məlumat toplusu təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]