ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATININ DAŞKƏND SAMMİTİ İŞİNƏ BAŞLAYIR
Sonrakı il ərzində ŞƏT-də sədrlik funksiyalarını Özbəkistan yerinə yetirmişdir. ŞƏT-in əsas daimi qurumları da məhz həmin dövrdə yaradılmış və tam fəaliyyətə başlamışdır. Özbəkistanın təşəbbüsü ilə mayın 28-də Daşkənddə ŞƏT ölkələrinin iqtisadiyyat və ticarət nazirlərinin növbədənkənar müşavirəsi keçirilmişdir. Bundan məqsəd iqtisadi əməkdaşlıq proqramına dair konkret təkliflər hazırlamaq idi. Yenə də Özbəkistanın təşəbbüsü ilə iyunun əvvəllərində ŞƏT ölkələri təhlükəsizlik şuraları katiblərinin ilk görüşü olmuşdur.