SATURNUN PEYKİNDƏ NƏHƏNG KARBOHİDROGEN GÖLLƏRİ AŞKAR EDİLMİŞDİR
Tədqiqatçılar diametri 10-100 kilometr olan azı 10 göl aşkar etmişlər. Bəzi göllər kanallarla birləşmiş, bəzilərində axınlar müşahidə olunmuşdur. Göllərin bəziləri qurumuş, lakin maye qalan göllər metanla etanın qatışığı ilə doludur. Arizona Universitetinin professoru Conatan Lunayn demişdir: “Bu, əsil şoran ot yığınıdır”.
Titan Günəş sistemində atmosferi olan iki peykdən biridir. Alimlər uzun müddət idi ki, atmosferi metan və azotdan ibarət və ölçüsünə görə Aydan böyük olmayan Titanın mənbəyi ilə bağlı mübahisə edirdilər. Ekspertlərin fikrincə, metan Titanın səthi ilə özünə yol açaraq, kəsif havadan ibarət nəhəng bulud topaları yaradır və sonradan yağış formasında peykin üzərində cəmləşir. Lunayn demişdir ki, Titanın təkindən çıxan qazın mənbəyi isə hələlik məlum deyildir.
ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) alimlərinin fikrincə, şəkillərdəki təsvirlər Yer kürəsində çay yataqlarının, təpələrin, vadilərin izinə çox bənzəyir. Burada asteroidlə peykin toqquşması nəticəsində meydana gələn krater də aşkar olunmuşdur. Bəzi fərziyələrə görə, Titan maye metanın hərəkəti sayəsində formalaşmışdır.
Titan həmişə karbohidrogen buludlarına bürünmüş vəziyyətdədir, lakin buna baxmayaraq, “Kassini” zondunun radarı peykin səthinə radiosiqnal göndərərək, onun daxilini görə bilir.
“Kassini” Günəş sisteminin ən sirli peyki Titanın minlərlə kilometrliyindən növbəti dəfə sentyabrın 7-də keçəcəkdir. Avtomat stansiyanın uçuşu NASA, Avropa Kosmik Agentliyi və İtaliya Kosmik Agentliyinin birgə layihəsidir.