SAXTA 50 MİNLİK ƏSKİNASLAR YAYAN CİNAYƏTKAR QRUP YAXALANMIŞDIR
Ağşu rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat- axtarış tədbirləri nəticəsində saxta 50 minlik əskinaslar yayan iki nəfər həbs edilmişdir. Rayon polis şöbəsinin rəisi, polis polkovniki Ağaisa Şahkərəmov AZƏRTAC-ın müxbirinə demişdir ki, əməliyyat rayonun Elabad kənd sakini Əli Qara oğlu Məmmədovun şikayət ərizəsi əsasında həyata keçirilmişdir. Belə ki, iki naməlum şəxs ondan bir baş quzu alarkən iki ədəd saxta 50 minlik əskinas vermişdir.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhər sakinləri - 1964-cü il təvəllüdlü Elman Şahsəddin oğlu Əsədov və 1956-cı il təvəllüdlü Faiq Rumşah oğlu Kərimov yaxalanmışlar. Axtarış zamanı onlardan 58 ədəd saxta 50 minlik əskinas və 6 qram marixuana götürülmüşdür. İş üzrə təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]