“Səbail” futbol klubu Bakıda üç yoxlama oyununda gücünü sınayacaq
Bakı, 29 iyun, AZƏRTAC
Bakıda yeni mövsümün hazırlığına start verən “Səbail” futbol klubu təlim-məşq toplanışını Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində davam etdirir.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirməyi də planlaşdırır. “Səbail” iyunun 29-da “Binə” komandası ilə qarşılaşacaq. İyulun 2-də və 8-də isə eyni rəqiblə - “Sumqayıt”la görüş olacaq.
“Səbail” “Binə” komandası ilə “Dalğa Arena”da üz-üzə gələcək. “Sumqayıt”la iyulun 2-də keçiriləcək yoxlama oyunu “Kapital Bank Arena”da təşkil olunacaq. İyulun 8-də keçirilməsi planlaşdırılan növbəti “Səbail”-“Sumqayıt” qarşılaşmasının məkanı hələ ki dəqiqləşməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]