Səbail rayonunda ağacəkmə aksiyası keçirilib
Məlum olduğu kimi, cari ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma” marafonuna start verilib. Artıq layihə çərçivəsində ölkə miqyasında xeyli ağac və gül kolları əkilib.
Layihə çərçivəsində görülən işlər Prezident İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət edir.
Bu təşəbbüsə ilk qoşulanlardan olan Səbail rayon ictimaiyyətinin nümayəndələri tərəfindən “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Abbasqulu Abbaszadə küçəsi boyunca keçirilən aksiyada rayon rəhbərliyi, idarə və təşkilatların, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin ümumilikdə 500 nəfərdən çox nümayəndəsi iştirak edib.
Layihənin ilk həftəsində keçirilən aksiya zamanı 3 min yeni ağac və 1000 ədəd gül kolu əkilib, hazırlanmış sahəyə 3500 kvadratmetr qazon otu döşənib, əvvəl əkilmiş 2 min ədəd ağaca qulluq göstərilib.
Mövsüm ərzində rayonda bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]