Seçki Müşahidə Koalisiyası parlament seçkilərində 75 dairə üzrə müşahidə aparacaq
Bakı, 20 avqust, AZƏRTAC
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 75 seçki dairəsində 500 nəfərdən çox şəxs ilə müşahidə aparacaq. Müşahidəçilər QHT üzvləri, fəalları və könüllüləridir.
Koalisiya sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə işğaldan azad olunmuş ərazilərdə də müşahidə aparacaq. Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər rayonlarında, Şuşa şəhərində müşahidəçi kimi 30 illik işğaldan sonra doğma yurdlarına daimi yaşamaq üçün qayıtmış QHT nümayəndələri cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının avqustun 20-də parlament seçkiləri ilə əlaqədar təqdim etdiyi hesabatda bildirilib.
Hesabatda, həmçinin qeyd olunur: “Seçkilər ərəfəsində Azərbaycanda ictimai-siyasi mühit tam sabitdir. Seçki prosesi ilə əlaqədar kütləvi narazılıqlar, etiraz aksiyaları, təlatümlü proseslər müşahidə edilmir.
İnternet media və sosial media bütün maraqlı tərəflərə, siyasi partiya və namizədlərə öz fikirlərini və mövqelərini sərbəst şəkildə açıqlamaq imkanlarını genişləndirib. Növbədənkənar seçkilərin təyin edilməsi ilə əlaqədar məlumatların, fikirlərin, tənqidi mülahizələrin azad şəkildə yayılması, açıq müzakirələrə maneələr yaradılması ilə əlaqədar hər hansı hal qeydə alınmayıb".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]