Seçkilərdə namizəd kimi qeydə alınanların 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır
Bakı, 20 avqust, AZƏRTAC
Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi qeydə alınanların 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır. Onlar Səbail, M.Ə.Rəsulzadə, Nərimanov, Xətai, Yevlax, Binəqədi qəsəbə və Biləcəri, Binəqədi, Yasamal, Xocasən, Sumqayıt, Corat, H.Z.Tağıyev, Nəsimi, Buzovna, Ramana, Balaxanı, Ağdaş və Bərdə bələdiyyələrindən namizədliklərini irəli sürüblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının avqustun 20-də parlament seçkiləri ilə əlaqədar təqdim etdiyi hesabatında bildirilib.
Hesabatda göstərilir edilir ki, namizədlərdən 10 nəfəri bələdiyyə üzvü və 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Namizədlərdən iki nəfəri isə bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş). Otuz namizəddən 13-ü qadın, 17-si isə kişidir.
Daha çox namizəd 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb. Dairələr üzrə ən az qeydə alınmış namizədlərin sayı isə 6 nəfərdir. Bu dairələr 1 saylı Şərur-Sədərək Seçki Dairəsi, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsi, 48 saylı Abşeron Birinci Seçki Dairəsi, 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsi və 76 saylı Lənkəran-Masallı Seçki Dairəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]