Səfərimiz çərçivəsində əsasən dini və tarixi abidələrə vurulmuş ziyanla bağlı hesabat hazırlayacağıq
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparacağımız monitorinqlərin nəticələrinə dair hesabat hazırlayacağıq.
AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) Omandan olan üzvü Hilal bin Said al Şidhani jurnalistlərə açıqlamasında deyib.
Bu məsələ ilə bağlı ikinci dəfə monitorinq aparmaq üçün ölkəmizdə səfərdə olduqlarını vurğulayan qonaq bildirib: “Bundan əvvəl də monitorinq aparılıb və ərazilərdəki dağıntılar qeydə alınıb. Bu səfərimiz çərçivəsində də əsasən dini və tarixi abidələrə vurulmuş ziyanla bağlı hesabat hazırlayacağıq. Bu hesabat 2021-ci ildə hazırlanmış hesabat kimi aidiyyəti qurumlara təqdim olunacaq”.