“Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi Cəbrayıl rayonu Cəmil Əhmədov adına şəhər tam orta məktəbinin şagirdləri ilə birlikdə “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Azərbaycanın dövlət himni səslənmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər canlarını Vətən uğrunda fəda etmiş qəhrəmanların xatirəsinin respublikamızın hər yerində böyük ehtiramla yad edilməsindən, bu günün qəhrəmanlıq səhifəsi kimi xatırlanmasından söz açmışlar.
Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər təqdim olunmuşdur.
Həmçinin mərkəzi kitabxanada eyni mövzuda sərgi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]